As Tech Motors As Tech Motors As Tech Motors As Tech Motors

Bizim Haqqımızda

AS TECH MOTORS MMC 2013-cü ildə yaranmışdır. Şirkət az bir müddət ərzində Azərbaycan İqtisadiyyatının bir hissəsinə çevrilərək sənaye və qida sektorunda öz məhsul və xidmətlərini təqdim etməkdədir. Şirkət sertifikatlaşmış məhsullarını müştərilərə təqdim edərək, həmçinin də müştərilərinin maraq dairəsini və məmnunluğunu nəzərə alaraq məhsulların zəmanətinə mühim yer ayırır. Biz Türkiyə, Almaniya, İtaliya, ABŞ, Rusiya, Çin və başqa ölkələrin qabaqcıl markaları ilə rəsmi və yaxın tərəfdaşlıq edərək müştərilərimizə bu markaların məhsullarını təqdim edirik. Şirkət hal-hazırda az işçi heyətinə malik olsa da, bir çox nailiyyətlərə imza atmaqdadır.

Fəaliyyət Dairəmiz

AS TECH MOTORS MMC bir çox fəaliyyət sahəsini özündə birləşdirir. Əsasən beton zavodlarına, sement zavodlarına, asfalt zavodlarına, çınqıl zavodlarına, çörək bişirmə fabriklərinə, dəyirmanlara, süd məhsulları fabriklərinə və digər sənaye və qida sektoruna aid olan sahələrə öz məhsullarını təqdim edir.

Missiyamız

Şirkət olaraq missiyamız müştəriləri diqqətlə dinləmək, onların ehtiyac və tələblərini dərindən öyrənmək, müştəri məmnunluğunu qoruyub saxlamaq və müştərilərimizə onlar üçün layiqli dost olmağımızı sübut etməkdir.

Məqsədimiz

Məqsədimiz Azərbaycan İqtisadiyyatına öz satış və xidmətimizlə böyük töhfə vermək, böyük şirkət halına gələrək kəmiyyət və keyfiyyət baxımından işçi heyətini genişləndirmək və çalışdığımız sahədə lider olmaqdır.