Haqqımızda
Haqqımızda
AS TECH MOTORS MMC 2013-cü ildə yaradılıb. Şirkət qısa müddətdə sənaye və qida sektorlarına məhsul və xidmətlər təqdim etməklə Azərbaycan iqtisadiyyatının bir hissəsinə çevrilib. Müştəri məmnuniyyətinə və məhsulların etibarlılığına üstünlük veririk. Məhsullarımız sertifikatlıdır və zəmanətlə təqdim olunur. Müştərilərimizə keyfiyyətli həllər təqdim etmək üçün Türkiyə, Almaniya, İtaliya, ABŞ, Rusiya, Çin və digər ölkələrin aparıcı brendləri ilə rəsmi tərəfdaşlıq edirik. Kiçik komanda ilə fəaliyyət göstərməyimizə baxmayaraq, sahəmizdə mühüm nəticələr əldə etmişik.
Fəaliyyət sahələrimiz
AS TECH MOTORS MMC müxtəlif sahələrdə fəaliyyət göstərir. Əsasən beton, sement, asfalt və çınqıl zavodlarını, çörək istehsalı müəssisələrini, un dəyirmanlarını, süd zavodlarını və digər sənaye və qida istehsalı müəssisələrini məhsul və avadanlıqla təchiz edirik.
Missiyamız
Missiyamız müştərilərimizi diqqətlə dinləmək, ehtiyac və tələblərini dərindən anlamaq, uzunmüddətli məmnuniyyəti təmin etmək və onların güvənə biləcəyi etibarlı tərəfdaş olmaqdır.
Məqsədimiz
Məqsədimiz keyfiyyətli satış və xidmətlə Azərbaycan iqtisadiyyatına töhfə verməkdir. Komandamızı genişləndirərək və onun peşəkarlığını artıraraq iri müəssisəyə çevrilməyi və sahəmizdə lider mövqe tutmağı hədəfləyirik.

Danışaq